Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTOLAR

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir - FOTOLAR
Sfera.az xəbər verir ki, Abşeron rayonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən müxtəlif orden medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilmişdir. Heydər Əliyev Mərkəzində baş tutan mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Cəfərov, Abşeron rayon prokuroru Qabil Qasımov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində yerləşən abidəsi ziyarət edilmişdir və xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə mərasimi açıq elan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla Füzulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər. Həmçinin Abdin Fərzəliyev çıxışında vurğuladı ki, bu gün Abşeron rayonunda yaşayan şəhid ailələrinin, qazilərin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bundan sonra da diqqət mərkəzində olacaqdır. O qeyd etmişdir ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə onlar orden və medallarla təltif olunmuşlar.

Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına orden və medallar təqdim olundu.

Şəhid qəhrəmanlarımız - baş-leytenant Vəliyev İlqar Cahit oğlunun ailəsinə "Xocavəndin azad olunmasına görə” medalı, Cavadov Ələsgər Elxan oğlunun ailəsinə "Azərbaycan bayrağı” ordeni, İsgəndərov Anar Vahid oğlunun ailəsinə "Azərbaycan bayrağı” ordeni, Məcidov Səbuhi Ağalətif oğlunun ailəsinə "Suqovuşanın azad olunmasına görə” medalı, kapitan Musibov Veysəl Yadullayeviçin ailəsinə "Füzulinin azad olunmasına görə” medalı, Xəlilov Namiq İlyas oğlunun ailəsinə "Azərbaycan bayrağı” ordeni, "Kəlbəcərin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları, Dövlətov Zaur Zahir oğlunun ailəsinə "Azərbaycan bayrağı” ordeni, Bürcəliyev İlqar Vüqar oğlunun ailəsinə "Suqovuşanın azad olunmasına görə” medalı, Rəhimov Ülvi Rabil oğlunun ailəsinə "Azərbaycan bayrağı” ordeni, Allahverdiyev Babək Bəxtiyar oğlunun ailəsinə "Azərbaycan bayrağı” ordeni, Cəfərov Balaş Namiq oğlunun ailəsinə "Füzulinin azad olunmasına görə” medalı, cəsur müharibə veteranlardan Mütəllimov İslam Ağamir oğluna və Eminov Ziyaməddin Bahəddin oğluna "Suqovuşanın azad olunmasına görə” medalları təqdim edilmişdir.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Xırdalan şəhərindəki Şəhidlər Abidə Kompleksini ziyarət etmiş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə çiçəklər düzüb, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. İlk iş günündə İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərinin mərkəzi parkında və Şəhidlər Abidə Kompleksinin ərazisində abadlıq işlərinin vəziyyəti ilə tanış olmuş, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun əvvəllər yaşadığı evə gedərək, ailəsini ziyarət etmişdir. O, şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanmışdır. Şəhid Veysəl Musibovun anası dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbə oğlunun adının verildiyini vurğulayaraq, göstərilən hər çür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Qeyd edək ki, şəhid ailəsinin xahişi nəzərə alınaraq, 5 nömrəli tam orta məktəbdə şəhidin büstünün qoyulması üçün müvafiq tapşırıqlar verilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əvvəlcə II Fəxri Xiyabanda dəfn olunan Abşeron rayonunun şəhidlərin məzarlarını, daha sonra isə rayonun Hökməli, Qobu, Güzdək, Məmmədli, Digah və Mehdiabad qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoymuşdur. Məzarlıqda şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

RİH başçısı Hökməli və Qobu məscidlərinə baş çəkmiş, şəhidlərin ruhuna dualar oxunmuş, qəsəbə ağsaqqalları ilə görüşərək vəziyyətlə maraqlanmış, onların arzu və istəklərini dinləmişdir.

Daha sonra RİH başçısı şəhid Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Tofiq Əhmədovun doğum günündə iştirak etmişdir. Şəhid övladını 15 yaşı münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanaraq, rayonun bütün şəhid ailələrinə olduğu kimi, onların ailəsinə də hər cür lazımi dəstəyin bundan sonra da göstəriləcəyini qeyd etmişdir.
 
(doğruxeber)

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...