Abşeron Gənclər Şəhərciyində yanğın olub - YENİLƏNİB
16:00 / 09.01.2020
6671
16 :00
Abşeron Gənclər Şəhərciyində baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Şəhərcikdə olan mənzilin 2 m² sahəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
14:56
Sfera.az xəbər verir ki, olay Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
Yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Adıçəkilən ərazidə yaşayan sakinlərin sözlərinə görə, hadisədə xəsarət alan olmayıb. (trend)