Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini necə artırmaq olar? - ŞƏRH

Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini necə artırmaq olar? - ŞƏRH
 

Bu ilin martın 18-də Abşeron dairəvi dəmir yolu xəttinin Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Bununla da, uzunluğu 198 km olan dairəvi yol tam istismara verilb. Son nəticədə Bakının ətrafında yaşayam və paytaxta işləmək üçün gələn insanların işi asanlaşıb. Bəs Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini necə artırmaq olar? Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov "Report"a  şərh verib. 

"Dairəvi yolla yük də daşımaq mümkündür”

Onun sözlərinə görə, Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini artırmaq üçün ilk növbədə bölgədə iqtisadi fəallıq artırılmalıdır: "Bu məsələdə ancaq yükdaşımalardan nəsə gözləməliyik. Sərnişin daşımaları ilə bağlı rentabelliyinin artırılması ancaq tariflərin artımı ilə mümkün ola bilər. Hazırkı şəraitdə tariflərin artırılmasına getmək yolverilməzdir. Əsas rentabellik mənbəyi kimi məhz təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəallığın artımı olmalıdır ki, bunun vasitəsi ilə biz dövriyyənin artımına nail ola bilərik. Koronavirus pandemiyasına görə dünyada və ölkədə iqtisadi fəallıq kəskin şəkildə zəifləyib. Çıxış yolu kimi isə investisiyaların artırılması mühüm əhəmiyyət kəsb edir. İnvestisiyaların artımı nöqteyi nəzərdən də əsas potensial imkanlar özəl investisiyaların artımı ilə bağlıdır. Özəl investisiyaların artımı üçün isə kreditləşmə yumşalmalıdır ki, ölkədə daxili kredit formalaşsın. Daxili kreditin formalaşması ilə özəl investisiyaların artımına nail ola bilərik. Özəl investisiyaların artımı iqtisadi artım deməkdir. İqtisadi artıma nail olsaq, bu, nəqliyyat,logistika sahəsində fəallığın yüksəlməsinə şərait yaradacaq. Bunun vasitəsilə dövriyyəni artırmaq və yükdaşımanın rentabelliyini daha yüksək səviyyəyə qaldırmaq mümkündür. Hazırda Abşeron dairəvi dəmir yolu xəttində ancaq sərnişin daşıma həyata keçirilir. Tələb olsa, yük daşımada həyata keçirmək mümkündür. Yük daşımalar ona görə həyata keçirilmir ki, tələb yoxdur. İşgüzar fəallıq aşağı səviyyədədir. İqtisadiyyatımızda istehsalat sahələri daxili bazara yönələrsə, o zaman yük daşımaları da artacaq. İstehlak bazarında idxal üstünlük təşkil edirsə, o zaman ölkədaxili yükdaşımaları şübhəsiz ki, artmayacaq. Bakı ətrafında sənaye prosesləri inkişaf etsə, o zaman sənaye müəssələrinin yüklərinin Bakıya əsas satış bazarına yönəlməsi, artıq kəskin şəkildə iqtisadi dinamikaya müsbət təsir edəcək. 

"Kəskin şəkildə əlavə dəyər yaradacağıq”

E.Məmmədov qeyd edib ki, Azərbaycan sovet ittifaqı çərçivəsində güclü şəkildə neft sənayesi ilə məşhurlaşmışdı: "Azərbaycanda neft emalı kəskin şəkildə ilbəil artırdı. Bu, müsbət təcrübədir. Ölkədə hasil edilən neftin təqribən 80%-dən çoxu ixrac edilir. Neft sənayesinə, neftin emal edilməsinin genişləndirilməsinə investisiyalar yatırsaq, istehsal müəssələrinin Bakı ətrafında yaradılmasına nail olsaq, burda işgüzar fəallıqla bağlı artım olacaq. Burda bizim rəqabət üstünlüklərimiz var. Neftin daşınması ilə bağlı ciddi xərclər ortaya çıxmayacaq. Digər tərəfdən çoxlu sayda iş yerləri aça biləcəyik. Kəskin şəkildə əlavə dəyər yaradacağıq. Əlavə dəyərin də daşınması başqa tariflərlə olacaq. Hazır məhsulu daşıyanda başqa tariflər olacaq. Belə olduqda isə "Azərbaycan Dəmir Yolları” QSC mənfəətini kəskin şəkildə artırmış olacaq. İqtisadiyyatda dayanıqlı və balanslaşdırılmış inkişaf olmalıdır ki, nəqliyyat sektorunun inkişafı olsun. Dövlət nəqliyyat sektorunun inkişafına əhəmiyyətli investisiyalar yatırdı".

O əlavə edib ki, ölkə daxili sərnişin daşımaları bir sıra hallarda rentabelli olmur: "Biz bunu metronun timsalında görürük. Dövlət bir sıra hallarda həmin operatorlara və şirkətlərə subsidiyalar edir. Yəni, onlar təsərrüfatlarını qura bilsinlər. Abşeron dairəvi dəmir yolunun açılması ilə maliyyə axının olmasına inanmaq sadəlövlük olardı.Faktiki olaraq nəqliyyat infrastrukturunun gəlirliyi yükdaşımadandır. Lakin dövlət tək mənfəət əldə etmək funskiyası yoxdur, sosial funksiyası var ki, əhalisinin sərbəst hərəkət etməsi üçün infrastruktur yaradsın. Dövlətin bu infrastruktunun yaratması müsbət haldır ki, əhalinin rahatlığını təmin edə bilir, əhali daha tez şəkildə öz iş yerlərinə çata bilir. Bu nöqteyi nəzərdən dövlət uduzmur, əhalinin bu infrastrukturdan istifadə etməsi əhalinin əməyinin məhsuldarlığına xidmət edir. Ona görə bu infrastruktur vacib idi. Dövlət bura vəsait yerləşdirməli idi. Amma kapital qoyuluşlarının effektivliyini də unutmaq olmaz. Bu kapital qoyuluşu iqtisadi cəhətdən effekt versin ki, gələcəkdə bu infrastrukturun saxlanması ilə bağlı xərclər olacaq. Amartsizasiya xərcləri olacaq. Ona görə kapital effektiv şəkildə yerləşdirilməlidir. Kapital qoyuluşlarının effektivliyinin təmin edilməsi üçün aktiv iqtisadi sistem tarazlı inkişaf etməlidir ki, qoyulan vəsiat geri qayıtsın.

OXŞAR XƏBƏRLƏR

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...