Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafiki dəyişdi - CƏDVƏL
19:45 / 06.04.2020
2704
"Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
QSC-dan Sfera.az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir.
"Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq”, - məlumatda qeyd edilir.