ABŞ Rusiyaya yeni sanksiyalarla bağlı qərarını AÇIQLADI

ABŞ Rusiyaya yeni sanksiyalarla bağlı qərarını AÇIQLADI
Ağ Evin mətbuat katibi Jen Psaki ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etmək istəmədiyini, lakin bu hüququnu hələ də qüvvədə saxladığını bildirib. 
 
Sfera.az xəbər verir ki, mətbuat konfransında sualları cavablandıran J. Psaki, "Aprel ayında sanksiyaları elan etdiyimiz zaman Rusiyanın gələcəkdəki addımlarını nəzərə alaraq əlavə tədbirlər görmək üçün maksimum manevr imkanından istifadə etdik.  Heç kəs işin o səviyyəyə çatmasını istəmir, lakin qərar verdiyimiz zaman yeni sanksiyalar tətbiq etmək hüququmuzu özümüzdə saxlayırıq", - deyə, qeyd edib. 
 
ABŞ rəsmisi ölkəsinin Rusiya ilə daha dayanıqlı və uzunmüddətli əlaqələr formalaşdırmaq istəyində oldğunu diqqətə çatdırıb. 
 
Xatırladaq ki, apreldə ABŞ 10 Rusiya diplomatını deportasiya etməyi özündə ehtiva edən yeni sanksiyalarını açıqlamışdı. 
Rusiya ABŞ-a cavab olaraq 10 amerikalı diplomatın deportasiya edilməsi haqda qərar qəbul etmişdi. Bundan əlavə, aralarında ABŞ Ədliyyə naziri, Federal Təhqiqatlar Bürosu və Xarici Kəşfiyyat İdarəsininin rəhbərlərinin də olduğu yüksək səviyyəli ABŞ rəsmilərinin ölkəyə girişinə qadağa qoymuşdu.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...