ABŞ Rusiya hakerlərini ifşa edənlərə 10 milyon dollar mükafat verəcək

ABŞ Rusiya hakerlərini ifşa edənlərə 10 milyon dollar mükafat verəcək
Amerika Birləşmiş Ştatları (ABŞ) kompüter sistemlərinə ölkə xaricindən edilən kiber hücumların artmasından sonra bunun qarşısını almaq məqsədilə addım atıb.
 
Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada digər dövlətlərin və ya xarici hökumətlərin əmr və göstərişlərinə uyğun olaraq hərəkət edən kiber cinayətkarların şəxsiyyətlərini açıqlayan və ya yerini bildirənlərə mükafat veriləcək.

Böyük əksəriyyəti Rusiyadan qaynaqlanan hücumları həyata keçirən hakerlərin yerini bildirənlərə 10 milyon dollar pul mükafatı təqdim olunacaq.
Departament tərəfindən bu məqsədlə "StopRansomware.gov" adlı bir veb-sayt yaradılıb.

Veb-saytda kiber hücumlara məruz qalan şirkətlərə və şəxslərə təlimatlar verilir və özlərini necə qorumaq barədə bəzi məlumatlar təqdim olunur.
Milli Təhlükəsizlik Departamentinin məlumatına əsasən təkcə 2019-cu ildə xarici ölkələrdən qaynaqlanan kiber hücumlardan sonra təxminən 300 şirkət və hüquqi şəxs ümumilikdə 350 milyon dollar fidyə ödəyib.
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...