ABŞ Qarabağda status-kvonu dəyişməyə çağırdı: \"XALQLARI SÜLHƏ HAZIRLAYIN...\"

ABŞ Qarabağda status-kvonu dəyişməyə çağırdı: \
"ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, münaqişə tərəfləri ilə birlikdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirməyə sadiqliyimizi bəyan edirik”.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələrdə çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, bir il əvvəl Daimi Şurada görüşdən sonra xeyli dəyişiklik olub. Diplomat son aylar təmas xəttində baş verən itkilərdən narahatlığını ifadə edib: "Bu itkilərin davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı bir həll yolu üçün perspektivləri azaldır.

Eyni zamanda, Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri arasındakı konstruktiv yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin, qeyd edək: bu salonda son görüşümüzdən sonra Vyanada Prezident İlham Əliyev və baş nazir Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri, xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqton və BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yarada bilər.

Tərəfləri bu il ərzində əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gəlməyə çağırırıq. 28 iyun tarixində saxlanılan şəxslərin eyni vaxtda azad edilməsini də alqışlayırıq. Hələlik isə bu məsələlərdə razılaşma kifayət deyil".

Ceyms Gilmor tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırıb: "Tərəflərin öz xalqlarını barışa hazırlamalarının, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməyin vaxtı çatıb. Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə biləcək və danışıqlar üçün daha konstruktiv mühit yaradacaq etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir. Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə etməlidirlər".

ABŞ diplomatı əlavə edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbuledilməzdir: "Birləşmiş Ştatlar, iştirakçı dövlətlərin bölüşdüyü Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolu tapması üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir”.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...