ABŞ PKK-ya hava müdafiə sistemləri göndərdi - Türkiyə təhlükədə

ABŞ PKK-ya hava müdafiə sistemləri göndərdi - Türkiyə təhlükədə
 Son 2,5 ayda İraqdan Suriyadakı PKK-ya 2500 yük avtomobili silah-sursat və hərbi texnika göndərilib
ABŞ prezidenti Donald Trampın Suriyadan çıxacağıq açıqlamasına baxmayaraq Birləşmiş Ştatlar bölgədəki hərbi mövcudluğunu daha da gücləndirib.

Bölgədə yeni müşahidə məntəqələri quran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/YPG-yə qabaqcıl hərbi texnika və silah sistemləri göndərib. 
Pentaqon İŞİD-ə qarşı əməliyyatlar başa çatdıqdan sonra İraq ordusunun xidmətindəki silah və texnikaları geri alıb. Və həmin texnika və silahların əksəriyyəti Suriyanın şimalındakı PKK/YPG-yə göndərilib. Bu göndərilmə Trampın 2018-ci il 19 dekabrda Suriyadan çıxırıq açıqlamasından 12 gün sonra başlayıb.

Pentaqon sözçüsü Sean Robertson da terror təşkilatına silah və texnikanın göndərilməsini təsdiqləmiş, lakin, detallarını deməmişdi. Robertson ötən ay verdiyi açıqlamada, "Fəratın şərqində nəzarəti tamamilə ələ keçirmək üçün Suriya Demokratik Qüvvələrinin (Qeyd: PKK/YPG-nin dəstəkçisi) kifayət qədər avadanlıq və silahlarla təmin edilməsi çox mühümdür".

Bölgədəki mənbələr də silahların daşınmasını təsdiqləyir. Son 2,5 ayda İraqdan Suriyadakı PKK-ya 2500 yük avtomobili silah-sursat və hərbi texnika göndərilib. Bu daşınmalar ancaq gecələr həyata keçirilib. Amma əvvəllər gündüzlər də bu həyata keçirilirmiş. Son günlərdə də bu daşınmalarda fəallıq baş verib.

Digər tərəfdən, ABŞ-ın bölgəyə inkişaf etmiş hava müdafiə sistemi daşıdığı iddia edilir. Bu, Suriyanın şimalında PKK-nı qorumaq üçün Türkiyəsiz təhlükəsiz bölgə planı əsasında baş verib.

Qeyd edilir ki, bu hava müdafiə sistemlərindən Türkiyənin pilotsuz uçuş aparatlarına mane olmaq üçün istifadə ediləcək. Belə ki, Türkiyə Fəratın şərqinə qarşı əməliyyat üçün terror fəaliyyətlərini izləməkdədir.sputnik

OXŞAR XƏBƏRLƏR

COVID-19-a qarşı peyvəndin sınaqları müvəffəqiyyətlə keçib

 Oksford Universitetində Böyük Britaniya-İsveç əczaçılıq şirkəti - "AstraZeneca”nın dəstəyi ilə dövlət vəsaiti hesabına hazırlanmış COVID-19 virusuna qarşı...

Çindən Türkiyəyə konteyner qatarları daha tez çatacaq - VİDEO

 Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb  "ADY Express"dən Sfera.az-a verilən məlumata görə, Transxəzər Beynəlxalq Nəqliy...

Ərdoğanla Tramp arasında telefon danışığı olub

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. APA-nın yerli bürosu Türkiyə Prezident Adminstrasiyasının Komm...

Ərdoğan: “Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayırıq”

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında Azərbaycana dəstəyini bildirib. Sfera.az xəbər verir ki, bunu ölkə prezidenti Nazirlər Kab...

Gürcüstanda məhdudiyyətlərin müddəti ilin sonunadək uzadıldı

 Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 2021-ci ilin yanvarın 1-dək uza...

ABŞ-ın ən böyük ştatında yenidən sərt qadağalar tətbiq olundu

ABŞ-ın ən böyük ştatı olan Kaliforniyada hökumət COVID-19-a yoluxma hallarının artması səbəbindən ictimai müəssisələrin işinə məhdudiyyətlər qoyub. "RİA Novost...