ABŞ müdafiə naziri regiona buna görə gəlir: Hədəf Rusiyadır, yoxsa İran?

ABŞ müdafiə naziri regiona buna görə gəlir: Hədəf Rusiyadır, yoxsa İran?
"ABŞ müdafiə naziri Lloyd Austinin baş tutacaq səfəri təsadüfi deyil. Vaşinqton regionda baş verən proseslərdən narahatdır. Xüsusilə, Rusiya və İran faktoru vaxtaşırı Vaşinqtonu regiona nümayəndə göndərib prosesləri yaxından izləməyə vadar edir”.

Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev regiona baş tutacaq səfəri haqda danışarkən deyib.
 
O, bildirib ki, ilk təmaslar Tbilisidə baş tutacaq:

"Tbilisidən sonra Pentaqon rəhbəri Kiyevə oradan da Buxarestə gedəcək. Məsələ ondadır ki, rəsmi Vaşinqtonun hər üç ölkə hərbi əlaqələri var. Xüsusilə, qeyd etmək lazımdır ki, Rumıniyada ABŞ-ın ən böyük hərbi bazalarından biri yerləşir. Rəsmi Vaşinqton NATO nizamnaməsinə görə Qara dənizdə donanma saxlaya bilmir. Buna görə də Ruminya vasitəsilə Qara dənizə nəzarət edə bilir. Mümkündür ki, Lloyd Austin Buxarestə bu məsələ ilə bağlı mühüm görüşlər keçirəcək.

Yeri gəlmişkən, Gürcüstan özü də Qara dəniz ölkəsidir və hər iki ölkəyə səfərin təşkili bu baxımdan diqqət çəkir. Prinsip etibarilə ABŞ Qara dənizdəki təsirini artırmaqda qərarlıdır və bu mənada Ukrayna, Rumıniya və Gürcüstana səfərləri baş tutur. Nəticə etibarilə isə, ABŞ İran və Rusiyaya qarşı təzyiq imkanlarını gözdən keçirir və bu ölkələrdən istifadə etmək istəyir”.

Politoloqun sözlərinə görə, ABŞ Müdafiə Naziri Lloyd Austinin Azərbaycana da səfəri mümkündür:

"44 günlük müharibədən sonra regionda dəyişən siyasi reallıqlar Vaşinqtonun Bakıya marağını artıra bilər. Nəzərə almaq lazmdır ki, ABŞ-ın iki başlıca rəqibi - İran və Rusiya Azəbaycanla sərhəd ölkələrdir. Bu mənada Lloyd Austin regionda baş verən prosesləri yaxında öyrənmək istəyirsə, ilk növbədə Bakıya səfər etməlidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR