ABŞ məşhur oliqarxa sanksiya tətbiq etdi – Aktivləri donduruldu
11:04 / 03.06.2021
1767
ABŞ korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni sanksiyalar qəbul etdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi biri oliqarx olmaqla 3 Bolqarıstan vətəndaşını və 64 şirkəti qara siyahıya salıb. Nazirlik bu qərarın korrupsiyaya qarşı mübarizə çərçivəsində bu günədək atılmış ən böyük addım olduğunu bildirib.
Sanksiya siyahısına salınan 64 yaşlı iş adamı və oliqarx Vassil Krumov Bojkov Rusiyanın Bolqarıstan hökumətinə təsir göstərməsi üçün vasitələr yaratmağı planlaşdırmaqda günahlandırılır.
Nazirlik sanksiya tətbiq olunan digər şəxslərin Bolqarıstan Parlamentinin keçmiş üzvləri Delyan Peevski və Ilko Dimitrov Zelyazkov olduğunu qeyd edib.
Açıqlamada bu 3 şəxsin sahibi olduğu və ya idarə etdiyi 64 şirkətə də sanksiya tətbiq olunduğu diqqətə çatdırılıb.
Sanksiyalar çərçivəsində qara siyahıya salınan şəxs və şirkətlərin ABŞ-ın maliyyə sisteminə daxil olmasının qarşısı alınıb və ABŞ-dakı aktivləri dondurulub.
Bolqarıstan Xarici İşlər Nazirliyi isə korrupsiyaya qarşı ABŞ-ın atdığı bu addımları dəstəklədiklərini açıqlayıb.
Əzizə Zeynal
Sfera.az