ABŞ-la Rusiya arasında “peyvənd müharibəsi” – İşə kəşfiyyat xidmətləri qarışıb?

ABŞ-la Rusiya arasında “peyvənd müharibəsi” – İşə kəşfiyyat xidmətləri qarışıb?
ABŞ Dövlət Departamenti Rusiyanı peyvəndlərlə bağlı yanlış məlumat yaymaqda günahlandırıb.

Sfera.az-ın ria.novosti-yə istinadla məlumatına görə, ABŞ Rusiya kəşfiyyatını koronavirus peyvəndləri haqqında yanlış məlumat yaymaqda ittiham edib.
 
"Təsdiq edə bilərik ki, ABŞ Dövlət Departamenti nəzdində fəaliyyət göstərən Qlobal Qarşılıqlı Əlaqələndirmə Mərkəzi Rusiya kəşfiyyat xidmətləri tərəfindən idarə olunan və dezinformasiya yayan dörd Rusiya onlayn platformasını aşkar edib. Bu saytlarda ölkəmizdə (tibbi tənzimləyici tərəfindən) FDA tərəfindən təsdiqlənmiş iki peyvənd haqqında dezinformasiya yer alıb”, -deyə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
 
"Aydındır ki, Rusiya köhnə hiylələrinə qayıdıb, bununla da koronavirusa qarşı müsbət təsirinə əmin olduğumuz peyvəndlər haqqında yanlış məlumat yayaraq insanların  həyatını təhlükə altına salır. Bildiyimiz kimi, ruslar artıq müəyyən müddətdir ki, bu işlə məşğuldur”,- deyə Prays qeyd edib.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...