“ABŞ konqresmenləri bu mövzunu yaxşı bilmir” - Peskov

“ABŞ konqresmenləri bu mövzunu yaxşı bilmir” - Peskov
Rusiya prezidentinin mәtbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Sfer.az xəbər verir ki, ABŞ Konqresi və Senat üzvlərinin Rusiya rəsmilərinin mal varlıqlarını dondurmaqla təhdid etdiklərinə diqqət çəkən Peskov bunun  mümkünsüz olduğunu deyib:

"Mövzunu tam bilməyən ABŞ konqres üzvləri və senatorlar Rusiya administrasiyasının nümayəndələrinin bank hesablarının, daşınmaz əmlaklarının dondurulmasından danışırlar. Bu o deməkdir ki, onların bu barədə kifayət qədər məlumatı yoxdur. Bu hərəkət yüksək vəzifəli məmurlar üçün zərbə deyil. Bu, siyasi baxımdan dağıdıcıdır”.
 
Peskov Rusiya prezidenti Vladimir Putinin maaşının "Rossiya” bankındakı hesabına yatırıldığını və bu banka qarşı sanksiyaların tətbiq olunduğunu da deyib.
Ukraynanın şərqi ilə bağlı məsələyə də toxunan Peskov Normandiya formatı (Rusiya, Almaniya, Fransa və Ukrayna) ölkələrinin liderlərinin müavinlərinin bu məsələni müzakirə edəcəklərini qeyd edib.

Bu görüşün nəticəyönümlü olacağı ümidini bölüşən Peskov qeyd edib ki, Putin 2014-cü ildə rusiyayönlü separatçılar tərəfindən elan edilən qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının nümayəndələri ilə telefon danışığı etməyi planlaşdırmır.
 
Əzizə Zeynal
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...