No Image
No Image

ABŞ Konqresmeni Xocalı faciəsi ilə bağlı çağırış etdi - FOTO

ABŞ Konqresmeni Xocalı faciəsi ilə bağlı çağırış etdi - FOTO
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Braun Aderholt Nümayəndələr Palatasının sədri, xanım Nensi Pelosiyə Xocalı faciəsi ilə bağlı məktub göndərib. 

Sfera.az xəbər verir ki, o, məktubuna "Fevralın 25-də Xocalıda öldürülən yüzlərlə azərbaycanlının xatirəsini yad etməyə çağırıram” sözləri ilə başlayıb.
 
Məktubda 1980-ci illərin sonlarında Ermənistan ilə Azərbaycan arasında silahlı qarşıdurmanın olduğu xatırlanıb və bildirilib ki, bu qarşıdurma Xocalı faciəsinə gətirib çıxardı və yüzlərlə insanın həyatının itirilməsi ilə nəticələndi:

"Ailələr məhv edildi, Xocalı şəhəri tamamilə dağıdıldı. 1994-cü ildə atəşkəs haqqında danışıqlar aparıldı, lakin münaqişə həll olunmamış qaldı. Ardınca 2020-cı ilin sentyabrında Azərbaycan və Ermənistan arasında döyüş başladı. İndi dualarım odur ki, Dağlıq Qarabağda sülh olsun, son otuz ildə davam edən əngəllər aradan qaldırılsın. Təhlükəsizlik təmin edilsin, regional əməkdaşlıq bərpa olunsun”.

ABŞ-lı siyasətçi Azərbaycanla diplomatik münasibətlərin məhz Xocalı faciəsi ilə eyni ildə qurulduğunu bildirib:

"1992-ci ildən bəri Azərbaycan ABŞ-ın  terrorla mübarizədə əsas tərəfdaşı oldu,  iki xalq ticarət əlaqələrini inkişaf etdirdi. Sazişlər və ikitərəfli investisiya müqavilələri imzalandı”.

Robert Braun Aderholt  bu cür vəhşiliklərin yenidən baş verməməsi üçün birlikdə işləməyi tövsiyə edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasını təmsil edən  siyasətçi 3 yanvar 1997-ci ildən bu yana Alabama ştatının 4-cü seçki dairəsindən ABŞ Konqresinin Nümayəndələr Palatasına üzv seçilir. 
 
(Bizim.Media )

 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Qardaşım Ərdoğanın verdiyi dəstək xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi”

"Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana gös...

Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır

"Ölkədən 1,1 milyard manat ekvivalentində nağd valyutanın çıxarılması məsuliyyətini Dövlət Gömrük Komitəsi Mərkəzi Bankın, MB-də DGK-nın üzərinə atır”.   ...

Erməni məmur Rüstəm Muradovu ölümlə HƏDƏLƏDİ

Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm...

"Bu təzminat məsələsində də bizim mövqeyimizi gücləndirəcək" - UNESCO Azərbaycanla bağlı qərarını niyə dəyişdi?

Xəbər verdiyimiz kimi ölkə başçısı İlham Əliyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasını...

"Çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq" - Prezident vaksinlərin bölüşdürülməsindən DANIŞDI

"Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam...

Razılaşma son anda pozulub? - Bakıdan Yerevana “əsir” aparmalı olan təyyarə niyə sərnişinsiz uçdu...

"İlham Əliyevi Putinlə söhbət qane etməyib, yaxud Ermənistan son anda razılaşmanı pozub. "Əsir” məsələsi ətrafında baş verənlər bu iki fərqli nəticəni ortaya ...