ABŞ istehsalı olan yeni peyvənd COVID-19 virusunu tam məhv edəcək – Rəsmən təsdiqləndi
11:10 / 24.08.2021
1377
ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) "Pfizer/BioNTech”
şirkətinin COVID-19 epidemiyasına qarşı istehsal etdiyi peyvəndin tam olaraq təsdiqləndiyini
açıqlayıb.
Sfera.az xəbər verir ki, idarədən bu haqda verilən açıqlamada aşağıdakı kimi
qeyd olunub:
"Bu gün ABŞ Qida və Dərman İdarəsi ilk COVID-19 peyvəndini
təsdiqlədi. Peyvənd "Pfizer/BioNTech” olaraq tanınır. 16 yaşdan yuxarı
insanlarda koronavorirusun qarşısının alınması üçün "Comirnaty” adı ilə satılacaq”.
Qərarı COVID-19-la mübarizədə dönüş nöqtəsi hesab edən
FDA rəsmisi Janet Vudkok bildirib ki, ictimaiyyət bu peyvəndin yüksək təhlükəsizlik,
effektivlik və istehsal keyfiyyəti standartlarına cavab verdiyinə əmin ola bilər.
Əzizə Zeynal
Sfera.az