ABŞ İranın bu obyektlərinə “aministiya elan etdi”: “BOMBALAMAYACAĞIQ…”

ABŞ İranın bu obyektlərinə “aministiya elan etdi”: “BOMBALAMAYACAĞIQ…”
 

ABŞ Müdafiə Naziri Mark Esper bəyan edib ki, ölkəsi İranın mədəniyyət obyektlərini bombalamayacaq. Sfera.az-ın məlumatına görə, Pentaqon rəhbərinin sözləri Reuters-də dərc olunub.


"Həmin obyektlər Amerika ordusunun zərbələri üçün hədəf oa bilərmi?” sualını cavablandıran Esper bildirib ki, ABŞ silahlı qarşıdurma qanunlarına riayət edəcək.

 

Qeyd edək ki, General Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar Tehrandan gələn təhdidlər fonunda ABŞ prezidenti Tvitterdə yazmışdı ki, İran Amerika vətəndaşlarına, yaxud obyektlərini bombardman edəcəyi təqdirdə, Birləşmiş Ştatlar yerli mədəniyyət tikililəri də daxil olmaqla, İrandakı 52 obyektə cavab zərbəsi endirəcək.

 

Xatırladaq ki, Süleymani Bağdad Hava limanı yaxınlığında, raket hücumu nəticəsində öldürülüb. İranlı generalın aradan qaldırılması əmri ABŞ prezidenti tərəfindən şəxsən verilib. Buna qədər beynəlxalq koalisiya və ABŞ-ın İraqdakı səfirliyinə bir neçə hücum təşkil edildiyini əsas gətirən Vaşinqton öz hərəkətlərini özünümüdafiə aktı kimi izah edib.


Beynəlxalq qanunlara əsasən, mədəniyyət obyektlərinə hücum və ya onların məhv edilməsi hərbi cinayət hesab olunur.

 

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR