ABŞ inflyasiyanı zəiflətmək üçün dolları bahalaşdıracaq

ABŞ inflyasiyanı zəiflətmək üçün dolları bahalaşdıracaq
ABŞ mərkəzi bankının (FED) rəhbəri Cerom Pauel dünyada yüksək inflyasiyanın qalıcı olacağına dair xəbərdarlıq edib. Pauel bu səbəbdən FED-in qiymətli kağız alışını sürətlə azalda biləcəyini söyləyib.

Sfera.az xəbər verir ki, 2021-ci ilin oktyabrında ABŞ-da illik inflyasiya 6,2 faizə yüksəlib. Mövcud inflyasiya səviyyəsi ABŞ üçün olduqca yüksəkdir və FED bahalaşma sürətinin zəiflədilməsi üçün yumşaq pul-kredit siyasətindən imtina etməyə hazırlaşır. 

FED hər ay iqtisadi aktivliyi artırmaq üçün daxili bazardan 120 milyard dollar dəyərində qiymətli kağız alır. Dekabrdan qiymətli kağız alışı hər ay 15-20 milyard dollar azaldılacaq və 2022-ci ilin ikinci yarısına qədər tam dayandırılacaq.
FED rəhbərinin sözlərinə görə, istiqraz alışının azaldılması daha sürətlə aparıla bilər. O bu məsələnin idarə heyətinin növbəti görüşündə müzakirə ediləcəyini deyib. 

Əgər idarə heyəti bu təklifi qəbul edərsə, ABŞ 2022-ci ilin birinci yarısından yumşaq pul-kredit siyasətindən imtina edib, faizləri artıra bilər. Hazırda FED-in müəyyənləşdirdiyi uçot dərəcəsi 0-0,25 faizdir və mövcud vəziyyətə uyğun olaraq faizlərin artırılması ehtimalı böyükdür. 

FED istiqraz alışını dayandırdıqdan sonra faizləri də artırarsa, o halda dollar bir qədər də bahalaşacaq və nəticədə qiymət artımları səngiyəcək. Gözlənilir ki, bundan sonra inflyasiya səviyyəsi ABŞ üçün əlverişli olan 2 faizlik həddə enəcək. 

Qeyd edək ki, 2021-ci ildə yüksək qiymət artımları əksər ölkələrdə müşahidə olunur. Bu il ən yüksək inflyasiya Venesuellada qeydə alınıb. Cənubi Amerika ölkəsində illik müqayisədə qiymətlər 1 575 faiz artıb. 

İllik inflyasiya Livanda 173,6 faiz, Argentinada 52,1 faiz, Türkiyədə 19,9 faiz, Nigeriyada 16,6 faiz, Gürcüstanda 12,8 faiz olub.

Azərbaycanla yaxın ticarət əlaqələri olan Rusiyada 7,4 faiz, Ukraynada 10,9 faiz, Belarusda 10,7 faiz qiymətlər artıb. 

Qiymətlərin sürətlə artması mərkəzi bankları sərt pul-kredit siyasətinə keçməyə məcbur edir.  

Azərbaycanda isə oktyabrda illik bahalaşma 5,7 faizdir. Ölkəmizdə qiymətlərin nəzərdə tutulandan çox bahalaşması səbəbindən Mərkəzi Bank uçot dərəcəsini 7 faizə qaldırıb. Azərbaycanda ilin yekununda inflyasiyanın 6 faizə çatacağı güman edilir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...