ABŞ-ın yeni qanunu OPEC-i dağıda bilərmi?

ABŞ-ın yeni qanunu OPEC-i dağıda bilərmi?
ABŞ-da Nümayəndələr Palatasının Hüquq Komitəsi ötən həftə yekdilliklə OPEC karteli əleyhinə qanun layihəsinin müzakirəyə çıxarılmasını dəstəkləyib. Qanun layihəsi OPEC ölkələrinə və onunla bərabər hərəkət edən digər dövlətlərə qarşı ABŞ məhkəmələrində inhisarçılıq ittihamları ilə məhkəmə iddialarının qaldırılmasını nəzərdə tutur. Sənədi parlamentin hər iki palatası qəbul edərsə və dövlət başçısı təsdiqləyərsə, ABŞ-ın OPEC-ə təsir imkanları hüquqi müstəvidə də mümkün olacaq. 

Bəs, ABŞ belə bir qanun qəbul edib OPEC-i dağıda bilərmi? 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd iqtisadi yox, daha çox siyasidir. O xatırlatdı ki, ABŞ-da kartel sazişi haqqında qanun çoxdan qəbul edilib və bu qanun kartel sövdələşmələrinə qarşı tədbirlər görməyə imkan yaradır: 

"ABŞ-da yeni qanun layihəsini hazırlayanlar hesab edirlər ki, neft qlobal bazarda sərbəst satılmalıdır. Onun qiyməti bazarda olan tələb təklif nisbətinə uyğun olaraq formalaşmalıdır. OPEC isə bir qrup dövlət tərəfindən hasilatın tənzimlənməsi məqsədilə 1960-cı ildə yaradılan təşkilatdır. Bu təşkilata üzv olan dövlətlərin əsas məqsədi təklifi tənzimləməklə, qiymətlərlə manipulyasiya edib, neft satışından maksimum yararlanmaqdır. OPEC kimi qurumlar ABŞ-da IX əsrdə qəbul edilən kartel sazişi haqqında qanuna ziddir. 

Yeni qanun layihəsinin hazırlanması siyasi çalarları üzə çıxarır. İddialar var ki, ABŞ-da belə bir qanunun qəbul edilməsində əsas məqsəd Rusiyaya təzyiqi artırmaqdır. ABŞ bununla qiymətlərin tənzimlənməsini çətinləşdirmək və qiymətlərin aşağı salınmasını istəyir. Qiymətlərin enməsi isə Rusiyanın iqtisadiyyatına növbəti zərbədir. Çünki Rusiyanın ixracının 50 faizindən çoxu neft, neft məhsulları və təbii qaz satışından ibarətdir. Qanunun qəbulundan sonra onun OPEC-in fəaliyyətinə necə təsir edəcəyini zaman göstərəcək”. 

İ.Şaban OPEC kimi birliklərin qlobal səviyyədə qiymətlərin tənzimlənməsinə böyük fayda verdiyini düşünür: 

"Dünyada yalnız neft ixracatçıları qiymətlərin tənzimlənməsində maraqlı deyil. Məsələn, 1960-cı ildə OPEC, 1961-ci ildə Kofe İxrac edən Ölkələr təşkilatı yaradılıb. Qəhvənin qiymət dəyişkənliyi neftlə müqayisədə daha böyükdür. Latın Amerikası və Afrika ölkələri qəhvə ixrac edir. Onların arasında elə ölkələr var ki, ixracın 80 faizi qəhvə satışından ibarətdir. 

Qiymətlərdə volatilliyin aşağı olması istehsalçı qədər, idxalçıya da sərf edir. Heç bir ölkə qiymətlərin qısa dövrdə 50 dollardan 150 dollara və ya əksinə dəyişməsində maraqlı deyil. Hər bir tərəf istəyir ki, qiymətlər stabil olsun, kəskin tərəddüdlər baş verməsin. Bundan çıxış edərək birliklər yaranır”.

Vasif 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...