ABŞ-ın “Taliban”la danışıqlardakı əsas adamı istefa verdi

ABŞ-ın “Taliban”la danışıqlardakı əsas adamı istefa verdi
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad vəzifəsindən istefa verib.
 
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat yayıb.
 
O, bu vəzifəyə Xəlilzadın köməkçisi kimi çalışan Tomas Vestin təyin olunduğunu bildirib.
 
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin edilən Xəlilzad ABŞ-ın "Taliban”la danışıqlarında əhəmiyyətli rol oynayıb.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR