ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qaldı
14:15 / 05.12.2021
2101
ABŞ və Qərb koalisiyasının Suriyanın Ət-Tanf qəsəbəsi yaxınlığında yerləşən hərbi bazasına hücum edilib.
Sfera.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Suriyanın Homs əyalətində, İraqla sərhədə yaxın ərazidə yerləşən Əl-Tanfdakı koalisiya bazasına yaxın əraziyə bir neçə zərbə endirilib.
Suriya televiziyası xəbəb verir ki, bazanın içərisində bir neçə partlayış səsi eşidilib.