ABŞ-ın birinci xanımı müəllim kimi fəaliyyət göstərəcək

ABŞ-ın birinci xanımı müəllim kimi fəaliyyət göstərəcək
ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Şimali Virciniya Universitetində müəllim kimi çalışacağını deyib.

Sfera.az xəbər verir ki, Ağ Evdəki vəzifələri xaricində ABŞ-ın birinci xanımı "Good Housekeeping" jurnalına universitetə ​​qayıtmaq üçün səbirsizləndiyini bildirib.

Pandemiya tədbirləri səbəbindən bir ildən çoxdur, ingilis dili müəllimi olaraq onlayn şəkildə dərs deyən Cill Bayden Şimali Virciniya Universitetində ənənəvi formada fəaliyyətini davam etdirəcəyini deyib.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR