\"ABŞ-ın Azərbaycandakı səfirliyinə hücum edilə bilər\" - GENERALIN ÖLÜMÜ ARANI QATDI

\
Xəbər verdiyimiz kimi, ABŞ-ın keçirdiyi əməliyyatla İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani öldürülüb. İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif isə hadisəni terror hadisəsi adlandırıb və bunun cavabsız qalmayacağını vurğulayıb.

Bəs görəsən, Amerika və İran arasında olan bu savaş bölgədəki vəziyyətə necə təsir edəcək? Trumpın "İraq, Suriya və Əfqanıstandan çıxmalıyıq" sözlərindən sonra bu addımı atması gözlənilən idimi? Bu belə bir vəziyyətdə neftin bahalaşmasının ölkəmizə hansı təsiri olacaq?

Sfera.az bildirir ki, bu suallara cavab tapmaq üçün "yenisabah.az" Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə əlaqə saxlayıb. O, açıqlamasında bu hadisənin Azərbaycana da təsir edə biləcəyini, ona görə də təhlükəsizlik tədbirlərinin gücləndirilməli olduğunu bildirib:

"Amerika İslam Keşikçiləri Korpusunu terrorçular siyahısına almışdı. Bu o deməkdir ki, onların istənilən hərbiçisi Amerikanın hədəfindədir. İkinci məsələ isə, Amerika səfirliyinə Bağdadda hücum oldu və Vaşinqton iddia etdi ki, məhz bunun arxasında İran dayanıb. Buna görə də o, Bağdada gedib və hücumu planlaşdırıb. Süleymani həqiqətən, İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi. Ona görə də, öldürüldü. Bu gözlənilən idi. İran bunu cavabsız qoymayacaq. Çünki Süleymani İran üçün böyük fiqur sayılırdı. Bölgədə vəkalət savaşı başlayıb. Yəni, birbaşa savaş mümkün olmayanda başqa ərazilərdən savaşa başlanılır. Buna görə də Azərbaycan da təhlükəsizlik tədbirlərini gücləndirməlidir. 2020-ci ilə çox ağır başladıq. İranın Amerikaya birbaşa əli çatmır. İranda Amerika vətəndaşı yoxdur ki, həbs edilsin. Amma İranın İraqda, Livanda, Suriyada bəzi Ərəb ölkələrində tərəfdar qrupları var və həmin ölkələrdə də Amerikanın səfirlikləri var, vətəndaşları var. Yəni, ora mümkün hücumlar təşkil edilə bilər. Buna görə, mən fikirləşirəm ki, İrana qonşu olan bütün ölkələrdə səfirliklər gücləndirilmiş iş rejiminə keçsin. Vəziyyət daha da gərginləşsə, orada yaşayan soydaşlarımıza da təsiri olacaq".

Politoloq neftin bahalaşmasının nə Azərbaycan, nə də başqa ölkələr üçün xeyir gətirməyəcəyini söyləyib:

"Belə məsələlər nəticəsində neftin bahalaşması heç kimə xeyir gətirmir. Bölgədə vəziyyət gərginləşir. Nə olsun ki, neft bahalaşır və kimsə 5-10 dollar artıq pul qazanır. Belə qazanc xeyir gətirmir. Bunun nə Azərbaycana, nə başqa ölkəyə xeyiri yoxdur".

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...