ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyuldu
Dünya
21:42 / 16.04.2021
2843
Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub.
Sfera.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 8 ABŞ vətəndaşına Rusiya ərazisinə giriş qadağan olunub.
Sanksiya tətbiq olunanlar arasında ABŞ-ın Baş Prokuroru, Daxili İşlər naziri və Milli Kəşfiyyat İdarəsinin direktoru da var.
Bundan başqa, Moskva ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Suzan Raysa da ölkəyə girişi yasaqlayıb.