ABŞ-ı qarışdıran “Şimal Axını-2” qalmaqalı - Bayden Putinə \"təslim olmaqda\" ittiham edilir

ABŞ-ı qarışdıran “Şimal Axını-2”  qalmaqalı - Bayden Putinə \
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Almaniya ilə "Şimal Axını-2” üzrə razılaşma əldə edildiyini elan etdikdən sonra həm respublikaçılar, həm də demokratlar tərəfindən sərt tənqidlərlə məruz qalır. Belə ki, hər iki tərəfin nümayəndələri dövlət başçısını "Ukraynanın hesabına Rusiya Federasiyası üçün imtiyazlar" yaratmaqda günahlandırır. 
 
Sfera.az xatırladır ki, bundan əvvəl Almaniya ilə ABŞ  Ukraynaya dəstək tədbirlərinə, Avropanın enerji təhlükəsizliyinə və iqlimin qorunmasına dair ortaq hədəflərin yer aldığı müştərək bəyanat yayımlayıb. Sözügedən bəyanatda "Şimal Axını-2”nin istismarı üçün bir sıra şərtlər formalaşdırılıb. Belə ki,  ABŞ və Almaniya 2024-cü ildən sonra da Rusiya qazının Ukrayna ərazisindən tranzit keçidinin davam etdirilməsinin Avropanın  marağında olduğunu bildiriblər. Berlin Rusiya ilə Ukrayna arasında qaz tranzitinə dair  razılaşmanın uzadılması üçün bütün mövcud təsir vasitələrindən istifadə etməyi öhdəsinə götürüb. Həmçinin qeyd edilib ki, Rusiya öz enerjisindən Avropa ölkələrinə qarşı bir silah kimi  istifadə edərsə, Almaniya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə borcludur.
 
"Politico” qəzetinin yazdığına görə, heç bir razılaşma hazırlanan sövdələşmə ilə bağlı məlumatın mətbuata sızdırılmasından hiddətlənən ABŞ Konqresindəki demokratlarla respublikaçıları qane edə bilməyəcək.

Nəşr demokrat senator Tim Keyndən sitat gətirir:

"Bu mənim xoşuma gəlmir... Bu Rusiyaya qarşı siyasi iqlimin dəyişməsi baxımından məni qane etmir”.

"Boru kəməri işə düşən kimi problemlər meydana çıxacaq... Mən hər zaman hesab etmişəm ki, biz bu prosesi dayandırmalıyıq. Amma  indi borunun istifadəsinin qarşısını almaq çox çətin olacaq”, - deyə demokrat senator Ben Kardin bildirib. 

Respublikaçılar Partiyasının nümayəndələri də razılaşmaya tənqidi yanaşaraq, Baydeni Rusiya Prezidenti Vladimir Putinə "təslim olmaqda" ittiham ediblər. 
Belə ki, "Şimal Axını-2” layihəsinə dair sanksiyaların müəlliflərindən biri olan nüfuzlu respublikaçı senator Ted Kruz Almaniya ilə ABŞ arasındakı razılaşmanı "əhəmiyyətli geopolitik səhv” adlandırıb. 

"Rusiyalı diktatorlar onilliklər boyu hər il Co Baydenin  hədiyyəsindən milyardlarla dollar qazanacaqlar", - deyə Kruz bildirib. 

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR