ABŞ Dövlət Departamentinin yeni mətbuat katibi bəlli oldu
14:15 / 04.04.2019
3327
ABŞ Dövlət Departamentinin yeni mətbuat katibinin keçmiş televiziya aparıcısı Morqan Ortaqus (37) olduğu bildirilib. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo Tvitter hesabından açıqlama verib.
Qeyd edək ki, Ortaqus əvvəlki mətbuat katibi Hizer Nauert kimi mühafizəkar və ABŞ Prezidenti Donald Trampa yaxın "Fox News" telekanalından Dövlət Departamentinə keçən şəxslərdəndir. Xatırladaq ki, Ortaqus milli təhlükəsizlik analitiki kimi şərhçilik etdiyi "Fox News" kanalından ötən həftə çıxmışdı.