ABŞ-dan neftin qiymətlərinə dair şok proqnoz

ABŞ-dan neftin qiymətlərinə dair şok proqnoz

 

2040-cı il üçün neftin bir barelinin qiyməti 250 dollardan artıq ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında İnformasiya idarəsinin hesabatında deyilir.

İdarə hadisələrin inkişafına dair üç – müsbət, realistik və mənfi ssenari hazırlayıb. Hesabat hazırlanarkən Neft İxrac Ölkələr Təşkilatının (OPEK), digər neft hasilatı ilə məşğul olan ölkələrin mümkün qərarları və yanacağa olan tələbatının dinamikası da nəzərə alınıb.

Müsbət ssenaridə neftin 2040-cı il üçün bir barelinin qiyməti 250-a qədər arta bilər. Mənfi ssenari üzrə neftin bir bareli 76 dollar, realistik ssenari üzrə isə 141 dollardan ibarət olacaq.

Bununla yanaşı, ABŞ Energetika Nazirliyinə görə, 25 ildən sonra dünya enerji istehlakı təxminən 48 faiz artacaq, bu əsas neft istehlakçılarına çevriləcək Çin və Hindistan da daxil olmaqla Asiyanın inkişaf edən iqtisadiyyatı hesabına baş verəcək.

ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 25 il sonra neft dünya enerjisinin 30%-ni təmin edəcək (indi 33 faizdir). Eyni zamanda təbii qazın istifadəsi də artacaq. 2040-cı ildə onun payı 26%-ə çatacaq.

2030-cu ildə qaz kömürü sıxışdıraraq bu sahədə ikinci yeri tutuacaq. Qarşıdan gələn 25 il ərzində ən sürətli bərpa olunan enerji mənbələri inkişaf edəcək. Ümumi həcmdə onların istehsal payı 16 faizə qədər artacaq.


OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....