ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trampın dünya liderləri ilə müzakirə etməli və siyasi dəstək almalı məsələlərin siyahısını hazırlayıb.


Heritage Fondu qeyd edir ki, Böyük Yeddilərlə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Trans-Xəzər Boru Kəməri, o cümlədən Cənub Qaz Dəhlizi layihələrinə dünya liderlərindən siyasi dəstək almalıdır.


Sfera.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu addımı Azərbaycanın təşəbbüskarı olduğu enerji siyasətinin uğuru adlandırmaq olar.

Cənub Qaz Dəhlizi Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyə sərhədinə, TANAP kəməri vasitəsilə Türkiyədən Avropa sərhədinə, TAP layihəsi vasitəsi ilə Adriatik dənizindən keçərək Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas lokomotividir.


Trans-Xəzər Boru Kəməri isə Türkmənistan qazının Azərbaycana, Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə Avropaya ixracını nəzərdə tutur.


Bu layihələrin ABŞ Prezidenti tərəfindən Avropa liderləri qarşısında qaldırılması bir daha Azərbaycanın dünya miqyasında önəmini gündəmə gətirmiş olur.

Layihələr Azərbaycan qazının Avropaya ixracatı, eyni zamanda Azərbaycanın enerji koridoruna çevrilərək tranzitdən əldə etdiyi gəlirlərin artması baxımından müstəsna əhəmiyyət kəsb edir.


Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.

 

OXŞAR XƏBƏRLƏR

Ağcaqanadlar koronavirus yayırmı? – HƏKİMLƏR DANIŞDI

"Ağcaqanadın koronavirusu yayması barədə gəzən söz-söhbətlər qeyri-ciddidir”. Bu sözləri Sfera.az-a açıqlamasında ağcaqanadların koronavirusu yaya bilmə...

Türkiyənin Azərbaycandakı səfiri: Mənsimovla vaxtaşırı görüşürük

"Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəlad...

“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı şokedici məxfi məlumatlar yayılıb. Sfera.az-ın məlumatına görə, nüfuzlu "Guardian” qəzeti Eldar ...

Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısı...

Vurmalıydıq, vurmamalıydıq? İndi ölkə gündəmini müəyyənləşdirən sosial şəbəkələrdə müzakirələr bu sual ətrafında aparılır. Xalq olaraq sanki iki böyük hissəyə...

“Əlinizdə ixtiyar olsaydı DTX maskalılarını hansı quruma göndərərdiniz? – SUALI SİYASƏTÇİLƏR CAVABLANDIRIR

"DTX maskalıları yerli icra hakimiyyəti orqanlarına, Gömrük Komitəsi və AZAL-a göndərilməlidir” . Bu sözləri Sfera.az-a açıqlamasında əllərində ixtiyar ...

Baş prokuror bütün köməkçilərini işdən çıxartdı – Üçü məşhur simanın övladıdır

Yeni Baş prokuror Kamran Əliyev bütün köməkçilərini – Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən a...