ABŞ-dakı polis zorakılığının GÖRÜNTÜLƏRİ – Qaradərili belə öldürüldü
ABŞ-da dəhşətli polis zorakılığının görüntüləri yayılması ölkədə ciddi etirazlara və vətəndaş itaətsizliyinə səbəb olub.
Sfera.az xəbər veri ki, polis tərəfindən öldürülən evsiz bir qaradərili olub. Polis, əlində dəmir dəyənək olan qaradərilini 5 dəfə atəş açaraq qətlə yetirib.
Floridanın Miami şəhərindəki Overtown bölgəsində olan Gibson Parkın yaxınlığında vəzifələrini yerinə yetirən polis məmuru Antonio Torres 46 yaşlı qaradərili Fritz Severenin əlindəki dəyənəyi silah hesab edib. Polis məmuru qaradərilidən silahı yerə qoymağını istəyib və müsbət cavab almadıqda isə Severeyə atəş açıb.
Yay düşərgəsindəki 50 uşağın gözü qarşısında baş verən hadisənin təfərrüatları bilinib. Olay Severenin əlindəki borunu polisə doğru qaldırmasından sonra polislərin 5 dəfə atəş açması nəticəsində meydana gəlib. Severe dünyasını dəyişib.
Həmin görüntüləri təqdim edirik: