ABŞ-dakı azərbaycanlılar BMT-nin binası önündə - FOTO

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası önündə - FOTO
ABŞ-ın Nyu York ştatında yaşayan soydaşlarımız Manhetten adasında BMT-nin baş qərargah binasının önündə etiraz aksiyası keçirirlər.

Sfera.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd 27 sentyabrda başlayan və 44 gün davam Vətən müharibəsi şəhidlərini yad etmək və BMT-nin Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini Baş Assambleyanın 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan dünya liderlərinin və diplomatların diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.

Aksiyada çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edirlər.

Aksiya iki saat ərzində davam edəcək.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...