ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi - FOTOLAR

ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi - FOTOLAR
 Deyilənlərə görə, insanlar iki kateqoriyaya bölünürlər- uğurlu və uğursuzlar. Uğursuz insanların həyatında çətinliklər, iztirablar nə qədər çox olursa, uğurlu insanların həyatı bir o qədər rahat, rəngarəng, maraqlı keçir. Bundan əlavə xalq arasında nisbi də olsa bədbəxt və ya xoşbəxt insan anlamı da var. Şair yaxşı deyib:- "Göydən yerə leysan əvəzi dürrü də yağsa, Bədbəxt olanın başına bir danəsi düşməz”. Xoşbəxtlik isə milyonlarla adamın arasından sahibini axtarıb tapır...
 
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Nərgiz Rzayeva- Bald uğurlu, xoşbəxt insanlardandır. 1981-ci ildə Moskvada ziyalı ailəsində dünyaya gəlib. 9 yaşı olanda Bakıya köçüblər. 1998-ci ildə orta təhsilini 43 nömrəli məktəbdə başa vurub. 1999-2004-cü illərdə BDU-nun biologiya fakultəsinin əvvəlcə əyani, son iki ilini isə qiyabi şöbəsində təhsil alıb. 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayır...

...Ömür-gün yoldaşı Robert Baldla 2001-ci ildə ABŞ-da müvəqqəti yaşayan bacısı gildə qonaq olarkən tanış olublar. 2002-ci ildə isə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. Qızı Sofiya 12, oğlu Kamran 6 yaşındadırlar...
Nərgiz xanım Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə "Cooper Rehab and sports therapy” şirkətində "medical billing specialist” vəzifəsində işləyib. 2005-2007-ci illərdə əvvəlcə "PBS " şirkətində, ardınca "Shore orthopedic group”-da çalışıb. 2007-2009-cu illərdə analıq məzuniyyətində olub. Eyni zamanda müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib. 2009-2011-ci illərdə "Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il "The Plastic Surgery Center”də "medical billing specialist” vəzifəsində işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə "Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik edir...

Deyir ki,- "Çox istərdim, azərbaycanlı gənclər mükəmməl təhsil alsınlar. Çətinliklərdən qorxmasınlar. İnadla məqsədə doğru irəliləsinlər. Xanımlarımız azad və maneəsiz bizneslə məşğul ola bilsinlər. Ölkədə qadın biznesmenlərin sayı artsın”...

Böyük tennis oynamağı, övladları ilə daha çox vaxt keçirməyi xoşlayır. Azərbaycan rəqs havalarını dinləməkdən zövq alır. Qətiyyətli, işgüzar, iradəli xanımdır. Həyatın insana bir dəfə verildiyini dərindən anlayır, onu necə yaşamağı yaxşı bilir. Necə deyərlər, taleyinə yazılan xoşbəxtliyin şirinliyindən dadaraq, daha gözəl günlərə doğru addımlayır...
(moderator)

OXŞAR XƏBƏRLƏR

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...