ABŞ-da Xocalı həqiqətlərini əks etdirən maşın küçələrdə hərəkət edəcək

ABŞ-da Xocalı həqiqətlərini əks etdirən maşın küçələrdə hərəkət edəcək
"Xocalıya ədalət” ("Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.

O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Rəqəmsal plakatlarda Xocalıda ermənilərin törətdiyi qanlı cinayət haqqında məlumatlar və həmin tarixi lentə alınmış şəkillər nümayiş olunur.

F.Məmmədovun sözlərinə görə xüsusi maşın fevral ayının 25-dən 27-nə kimi şəhərdə insanların sıx yaşadığı bölgələrdən, mərkəzi küçələrdən və meydanlarda keçəcək və ABŞ ictimaiyyətini Xocalıda ermənilərin törətdiyi soyqırım haqqında məlumatlandıracaq.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...