ABŞ-da təyyarə qəzası: Ölənlər var
17:45 / 12.09.2020
3565
ABŞ-da "Navion” yüngül mühərrikli təyyarə Los-Anceles aeroportu yaxınlığındakı avtomobil dayanacağının ərazisində qəzaya uğrayıb.
Bu barədə NBC Los-Anceles telekanalı məlumat yayıb.
Təyyarə yerə çırpılandan dərhal sonra yanmağa başlayıb.
Nəticədə iki nəfər həlak olub.
ABŞ Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nümayəndələri qəzanın istintaqını aparır. (oxu.az)