ABŞ-da təlimdə üç əsgər öldü
13:20 / 22.10.2019
2651
ABŞ-ın Corciya ştatında keçirilən hərbi təlimlər zamanı üç hərbçi ölüb, üçü isə yaralanıb.
Bu barədə "NBC News” məlumat yayıb.
Hadisə Ford Stüartdakı bazada tankın iştirakı ilə baş verib. Belə ki, tankın suya düşdüyü bildirilir.
Ölən əsgərlərin şəxsiyyətləri hələlik müəyyənləşdirilməyib. Yaralılar isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)