ABŞ-da repçi öldürüldü
12:01 / 08.03.2021
1360
Amerikalı reper Çaki Trill qətlə yetirilib.
Sfera.az xəbər verir ki, hadisə ABŞ-ın Corciya ştatında baş verib.
33 yaşlı musiqiçi gecə saatlarında avtomobildən açılan atəş nəticəsində ağır yaralanıb. Xəstəxanaya çatdırılan reperin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda polis hadisəni törədənlərin axtarışlarını aparır.