ABŞ-da qaz kəmərində güclü partlayış oldu - VİDEO

ABŞ-da qaz kəmərində güclü partlayış oldu - VİDEO
ABŞ-ın Kanzas ştatında qaz kəmərində güclü partlayış baş verib.

Sfera.az "The Sun” nəşrinə istinadən xəbər verir ki, iyulun 22-si Ellsworth adlı ərazidə yerləşən qaz kəmərində baş vermiş partlayış nəticəsində yanğın başlayıb.

İlkin versiyalara görə, partlayışa səbəb yanacaq sızması olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qaz kəməri üzərində yüksək alovların səmaya qalxdığını görmək mümkündür.

"KSAL News”un məlumatına görə, alovların hündürlüyü 100 metrə çatıb.

İnsident yaşayış məntəqələrindən uzaqda baş verib və xəsarət alanların olub-olmaması barədə hələ açıqlama verilməyib. Hazırda qəza baş verən ərazidə xüsusi xidmət nümayəndələri çalışır.


OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...