ABŞ-da prezidentliyə namizədlərin sayı artır

ABŞ-da prezidentliyə namizədlərin sayı artır
 

ABŞ-ın tanınmış siyasət və iş adamı Maykl Blumberq (Michael Bloomberg) sabahdan etibarən prezident seçkiləri ilə bağlı yarışa qoşulur.

Sfera.az  xəbər verir ki, "Bloomberg L.P.” maliyyə, proqramlaşdırma, data və media şirkətinin sahibi olan M.Blumberq çərşənbə günü Las-Veqasda keçiriləcək Demokatlar Partiyasının prezidentlik müzakirələrində iştirak edəcək. 2002-2013-cü illərdə Nyu-York bələdiyyəsinin başçısı olmuş Blumberqə son məlumata görə, ölkə seçicilərinin 19%-i rəğbət bəsləyir.

M.Blumberqin kampaniyasının meneceri Kevin Şiki namizədinin başqa demokrat namizədlərlə birlikdə Donald Trampı məğlub edərək ölkəni birləşdirmək üçün ən sərfəli namizəd olduğunu bildirib: "Ölkənin üzləşəcəyi problemlərlə bağlı işlək planları müzakirə etmək fürsəti kampaniya prosesinin mühüm parçasıdır”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək. 


OXŞAR XƏBƏRLƏR