ABŞ-da koronavirusa yoluxan azərbaycanlı vəfat etdi - FOTO

ABŞ-da koronavirusa yoluxan azərbaycanlı vəfat etdi - FOTO
 ABŞ-ın Nyu-York şəhərində yaşayan, milliyyətcə azərbaycanlı olan Natiq Qasımov koronavirusdan vəfat edib.

Sfera.az report-a istinadən xəbər verir ki, o Nyu-Yorkun Bruklin əyalətindəki "Coney Island” hospitalında müalicə alırdı .

Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan, Nyu-Yorkda aktiv diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirdi.

Onun sözlərinə görə, bundan əvvəl N. Qasımovla birgə yaşayan qızının həyat yoldaşı da COVID-19 infeksiyasına yoluxsa da müalicə alaraq sağalıb.

"Müalicə müddətində Natiq Qasımovun vəziyyəti bir qədər yaxşılaşıb, daha sonra yenidən pisləşib. Hazırda mərhumun meyitinin Azərbaycana göndərilməsi üçün xəstəxanada sənədləşmə işləri aparılır, artıq işlər yekunlaşmaq üzrədir”.

O bildirib ki, meyitin Azərbaycana yola salınması üçün mərhumun ailəsinə maddi kömək lazımdır. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...