ABŞ-da hərbi helikopter qəzaya uğradı, 5 nəfər öldü

ABŞ-da hərbi helikopter qəzaya uğradı, 5 nəfər öldü
ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus MH-60S helikopteri Kaliforniya sahillərində qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə HDQ-nin Sakit okean donanması məlumat yayıb.

Qəza zamanı helikopterin beş üzvü həlak olub, bir nəfərin həyatı xilas edilib.

MH-60S helikopteri donanmaya məxsus aviadaşıyıcıdan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb.

OXŞAR XƏBƏRLƏR