ABŞ-da doğulan uşaq dünyanı heyrətləndirdi – FOTO

ABŞ-da doğulan uşaq dünyanı heyrətləndirdi – FOTO

İyirmi səkkiz il əvvəl dondurulmuş embriondan körpə dünyaya gəlib.


Sfera.az xarici KİV-nə istinadən xəbər verir ki, ABŞ-da yaşayan Tina və Benjamin Gibson cütlüyünün dünyaya gələn uşaqları bütün tibb dünyasını heyrətə gətirib.


Belə ki, 5 ildir övladı olmayan cütlük, Milli Embriologiya Mərkəzinə baş vurublar.


Cütlük qısa müddət ərzində istəklərinə nail olublar. Tinaya 1992-ci ildə dondurulumuş embrion köçürülüb. Nəticədə 28 ildir dondurulan embriondan Emma adlı bir qız dünyaya gəlib.


Maraqlısı odur ki, ananın 29, embrionun isə 28 yaşı var.

 

 

Jalə Mehdi

Sfera.az


OXŞAR XƏBƏRLƏR