ABŞ bu ölkəni dollarsız qoyacaq

ABŞ bu ölkəni dollarsız qoyacaq
ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı beşinci sanksiyalar paketini təqdim edib. 

Sənədin mətninə əsasən, ABŞ vətəndaşlarına və təşkilatlarına 2021-ci il dekabrın 2-dən sonra yeni borcla bağlı bütün əməliyyatlar, o cümlədən maliyyə təminatı və digər əməliyyatlar qadağan edilib.

Sfera.az Rusiyanın RBK saytına istinadən xəbər verir ki, yeni tədbirlər dollarlaşma səviyyəsi yüksək olan Belarus iqtisadiyyatına ciddi zərbə vura bilər. Çünki ölkənin Maliyyə Nazirliyi daxili borcları əsasən xarici valyutada buraxır. Hazırda istiqrazların təxminən 60 faizi dollardadır. 

RBK məlumat verir ki, 2020-ci ilin prezident seçkiləri və bundan sonra baş verən kütləvi etirazlar Belarusun Qərbdən borc almasını çətinləşdirdi. Buna görə də istiqrazların yerləşdirilməsi və onlar üzrə gəlirlərin ödənilməsi əksər hallarda dollarla həyata keçirilir. 

Qaydalara əsasən, dünyada istənilən elektron dollar ödənişi ABŞ müxbir bankından keçir. Yeni məhdudiyyət Belarus Maliyyə Nazirliyinin yeni borclarını dollarla cəlb etməyi, bununla bağlı əməliyyat aparmağı qeyri-mümkün edəcək. 

Xatırladaq ki, 2021-ci ilin yayında Belarusun "Absolutbank”ı ABŞ-ın sanksiyaları səbəbindən Visa kartlarına xidmət göstərmək və "Western Union” sistemindən istifadə etmək imkanını itirib. Buna görə də adıçəkilən belarus bankı Rusiya rublu və rezident banklardakı hesablara köçürmələr istisna olmaqla, xarici valyutada pul köçürmələrini dayandırıb.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

"İnter"in qələbəsi bütün gecə DAVAM ETDİ

"İnter"in kapitanı Lautaro Martinez səhər saat 4-ə qədər komandasının çempionluğunu azarkeşləri ilə qeyd edib.   Sfera.az bildirir ki, &ldq...