ABŞ-Almaniya münasibətləri istiləşir: Merkel Baydeni ölkəsinə dəvət etdi

ABŞ-Almaniya münasibətləri istiləşir: Merkel Baydeni ölkəsinə dəvət etdi
Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni prezidenti Co Baydenə telefonla zəng edib. 
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Merkel Baydeni prezidentlik fəaliyyətinin icrasına başlaması münasibətilə təbrik edib. 

Kansler Baydenin ABŞ-ın Paris İqlim Sazişinə və Vaşinqtonun keçmiş prezident Donald Trampın əmri ilə tərk etdiyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən qoşulması ilə bağlı qərarını alqışlayıb.

Liderlər COVID-19 pandemiyasının öhdəsindən ancaq sıx əməkdaşlıq yolu ilə gələ biləcəkləri mövzusunda da həmfikir olublar. Onlar həmçinin, Əfqanıstan və İranı da müzakirə ediblər.

Merkelin Baydeni Almaniyaya rəsmi səfərə dəvət etdiyi bildirilir. Pandemiya şəraiti icazə verən kimi bu səfərin baş tuta biləcəyi qeyd olunur. 

Qeyd edək ki, öncəki prezident Donald Tramp ABŞ-a rəhbərlik etdiyi dörd il ərzində heç vaxt Almaniyaya səfər etməyib. Trampın vəzifədə olduğu illər Berlin və Vaşinqton arasında soyuqluq yaranması ilə yadda qaldı. Tramp hətta Almaniyanı NATO-nun büdcəsinə çox az qatqı təmin etdiyi və ixracat siyasətinə  görə tənqid etmişdi.

Ülvi
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...