ABŞ 26 ölkə ilə birgə hərbi təlimlərə başladı

ABŞ 26 ölkə ilə birgə hərbi təlimlərə başladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 26 Avropa ölkəsi ilə təşkil etdiyi və 28 min əsgərin qatılacağı "Defender Europe 21" təliminin başladığını açıqlayıb.
 
Sfera.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Con Kirbi mart ayından bəri hazırlıqları gedən "Defender Europe 21” təliminin iyun ayının ortalarına qədər davam edəcəyini bildirib.

O qeyd edib ki, ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının qatıldığı hərbi təlim müdafiə xarakterlidir. 

Con Kirbinin sözlərinə görə, təlim Albaniyada başlayır. ABŞ Avropa Komandanlığının (EUCOM) və ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığının (SHAPE) rəhbəri general Tod Volters də bu gün baş tutacaq açılış mərasiminə qatılacaq.

Qeyd edək ki, "Defender Europe 21" təlimində qardaş Türkiyə də iştirak edir.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR