Abituriyentlər ixtisas seçimi edərkən nəyə diqqət etməlidir? – Ekspertdən açıqlama

Abituriyentlər ixtisas seçimi edərkən nəyə diqqət etməlidir? – Ekspertdən açıqlama
"İxtisas seçimi qəbul imtahanlarında kifayət qədər ciddi rola malikdir. Çünki bəzi illərdə yüksək bal toplayanlar məhz doğru ixtisas seçimi etmədiklərinə görə tələbə adını qazanmaqdan məhrum olublar”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Müsahibimiz qeyd edib ki,  ixtisas seçimi zamanı abituriyentlər çox diqqətli olmalıdırlar:

"Burada bir neçə məsələ xüsusilə qeyd olunmalıdır. Abituriyentlər heç bir halda kiminsə müdaxiləsi ilə ixtisas seçimi etməməli və bilməlidirlər ki, gələcəkdə oxuyacaqları ixtisaslar özlərinin peşəkar kadr kimi formalaşmasına təsir göstərir. Digər tərəfdən abituriyentlər əmin olmalıdırlar ki, ixtisas seçimi elektron qaydada keçirilir və onun yoxlanılması zamanı hansısa kənar təsir yoxdur. Yəni, kimsə "mən sizi hətta az balla tələbə edəcəm” desə, inanmaq olmaz, yanlışdır. Hər bir kəs yalnız qəbul imtahanında topladığı bal əsasında ixtisas seçimi edə bilər. İstər 150, istər 200 balı keçmiş bütün abitruyentlər qəbul olmaq imkanına malikdirlər. Burada ciddi təhlilə ehtiyac yoxdur. Xüsusilə 2-ci ixtisas qrupundan 150, 200 balı keçən, təbii ki, blok üzrə 50 və 100 bal toplayanlar birmənalı şəkildə tələbə adı qazanacaqlar.

Onlar ixtisas seçimi zamanı yalnız "Abituriyent 2” və "Abituriyent 4” jurnalına baxmaqla ixtisas seçimi edə bilərlər. Ümumilikdə ixtisas seçimi edərkən təkcə iki saylı abituriyent jurnalı və burada keçən ilin mütləq formalaşmış müsabiqə şərtləri əsas deyil. Çünki keçən il hansı balla abituriyentin qəbul olunması bilinmir. Digər tərəfdən abituriyentlərin sayı, plan yeri ciddi məsələdir. Keçən ilki abituriyentlərin sayı, onların topladığı bal, eyni zamanda ötən ilki plan yerləri birmənalı şəkildə ixtisas seçiminə öz təsirini göstərir. Yaxşı olardı ki, bu ilki və keçək ilk Abituriyent 4 jurnalını müqayisə etsinlər, hər iki ilin – yəni 2020 və 2021-ci ilin Abituriyent 2 jurnalını. Seçdikləri ixtisaslar üzrə formalaşmış fərqə baxsınlar”.

Ekspertin sözlərinə görə, bəzi hallarda abituriyentlərə kimsə ixtisas seçimi edir və məlum olur ki, onların təhsil haqqını ödəmək imkanı yoxdur:

"Buna görə də ixtisas seçimi zamanı məhz təhsil haqqı ilə ciddi şəkildə maraqlanmalıdırlar. Həmçinin ixtisas seçimi edərkən abitruyentlər xüsusi düstürlara da diqqət etməlidirlər. Belə ki, ixtisas seçimi edərkən 15 ixtisas kodu qeyd olunmalıdır. İlk 5-liyə 2-ci ixtisas qrupunda topladıqları baldan maksimum 20-30 bal yüksək yeri yaza bilərlər, 3-cü ixtisas qrupunda o qədər də yüksək ballar tövsiyə olunmur, 4-cü ixtisas qrupunda da buna ehtiyac yoxdur. 11-15-ci yerlərdə ən azı öz topladıqları baldan 50 bal aşağı ixtisaslar seçməlidirlər. Bu, xüsusən 3-cü və 4-cü qrupun abitruyentlərinə aiddir ki, müsabiqə şərti yüksələndə qəbul ola bilsinlər. Ümumiyyətlə, gələcək kariyeranı düşünüb ixtisas seçmək məqsədəuyğundur, təkcə tələbə adını qazanmaq üçün yox. Ali təhsil müəssisəsinə qəbul olmaq xətrinə ixtisas seçimi edən sonradan işlə təmin olunma sahəsində ciddi problemlər yaşayır. Bu istiqamətdə valideynlərə də tövsiyə edirəm ki, öz övladlarına təzyiq göstərməsinlər”.

Xatırladaq ki, bu gündən avqustun 30-dək internet vasitəsilə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi aparılacaq.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...