Abel Məhərrəmovun orfoqrafik səhvlərlə dolu təşəkkür statusu - FOTO

Abel Məhərrəmovun orfoqrafik səhvlərlə dolu təşəkkür statusu - FOTO
 

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmovla bağlı diqqətçəkən məsələ ortaya çıxıb.

19 il (1999-2018) Azərbaycanın ən böyük təhsil müəssisələrindən biri olan BDU-ya rəhbərlik etmiş şəxsin dilimizin orfoqrafiya qaydalarını bilmədiyi məlum olub. Belə ki, Məhərrəmov "Whatsapp” statusunda orfoqrafik səhvlərə yol verib. 27 noyabr 2019-cu il tarixli statusda "Gosderdiyiniz diqqet ucun cox sagolun” yazılıb. Şrift nöqsanını bir kənara qoysaq, 4 sözdən ibarət cümlədə iki sözdə orfoqrafik səhvə yol verdiyini görə bilərik. 19 il rektor olmuş, 50 dərslik və xeyli başqa kitablar yazmış A.Məhərrəmov "Göstərdiyiniz” və "çox sağ olun” sözlərini düzgün yazmayıb.

Məlumat üçün bildirək ki, status Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamından sonra yazılıb.

Belə ki, ölkə başçısının 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmov 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunub. Akademik sərəncamla bağlı gələn təbriklərə "Whatsapp” statusunda təşəkkür edib. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...