No Image
No Image

Abel Məhərrəmovdan YAP-la bağlı açıqlama: “Onlar gəlməlidir, daim biz qalası deyilik ki…”

Abel Məhərrəmovdan YAP-la bağlı açıqlama: “Onlar gəlməlidir, daim biz qalası deyilik ki…”
"Hesab edirəm ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, əgər belə məsləhət olarsa, mən tam razıyam, heç bir narahatlıq yoxdur:
 
"Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik. Həmçinin bəzi kadrların YAP-ın İdarə Heyətindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqda heç bir məlumatım yoxdur. Cavanlaşdırma siyasəti ilə bağlı atılan bütün addımları isə müsbət qiymətləndirirəm. Ehtimal edirəm ki, xidmətdə olan cavan kadrlara yer verirlər. Bizim yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki. Kommunist partiyası deyil ki, bir adam axıra kimi getsin. Cavanlaşdırma siyasəti ölkə üçün vacib faktordur".

Qeyd: Martın 5-də YAP-ın növbədənkənar  qurultayı keçiriləcək. (Pravda.az)

 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Caliber”: Bakıdan uçan təyyarəsi niyə İrəvanda yerə boş düşdü? - VİDEO

Ermənistanın "news.am” saytı iddia edib ki, "əsirlər”in geri qaytarılması fikri ölkənin Baş nazirinin mətbuat katibi Mane Gevorgyan tərəfindən açıqlanıb. ...

İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adları verilir - FOTO

Qatı millətçiliyi ilə tanınan Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan öz "Facebook” səhifəsində maraqlı paylaşım edib. MediaBa...

“İslam Əməkdaşlıq Təşkilatının dəstəyini həmişə hiss etmişik” - Deputat

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra...

“Rusiya nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir...” - Politoloq

"Rusiya-Ukrayna cəbhəsində alovlanan hərbi-siyasi gərginliyin fonunda müzakirə olunan məsələlərdən biri də Kiyevin NATO-ya inteqrasiya və üzvlük məsələsidir. ...

Sülhməramlılar erməniləri Şuşaya qədər müşayiət etdi - SƏBƏB

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...

Vilayət Eyvazov İkram Əhmədova yeni vəzifə verdi

Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib. Sfera.az-ın verdiyi xəbərə görə, nazir, general-polkovnik Vilayət Eyvazov...