No Image
No Image

Abdullah Güldən İlham Əliyevə növbəti məktub

Abdullah Güldən İlham Əliyevə növbəti məktub
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edir, yeni yaşınızın Sizə cansağlığı və xoşbəxtlik gətirməsini diləyirəm.

Zati-alinizin liderliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, bölgənin lider dövlətinə çevrilməsi və bu il Ermənistana qarşı aparılan Vətən müharibəsində Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsi bizi son dərəcə məmnun etməkdədir.

Yeni yaşınızın Azərbaycan üçün xeyirli olmasını arzulayır, Zati-alinizə uzun və sağlam ömür diləyirəm.

Fürsətdən istifadə edərək Sizi və dəyərli ailənizi Yeni il münasibətilə təbrik edir, Yeni ilin Sizlərə və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq gətirməsini arzulayıram".
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan xalqı təzədən doğulub... – Maksim Şevçenko

Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanda misli görünməmiş bir vətənpərvərlik yüksəlişi başlayıb. Sfera.az xəbər verir ki, bunu rusiyalı ...

“Azərbaycanın İrəvandakı nümayəndəliyi...” – Babayandan şok iddia

"Nikol Paşinyan parlamentin tribunasından çıxış edərək, müxalifətin fəaliyyətinin əsirlərin geri qaytarılması prosesinə zərər verdiyini bəyan edir, o, bununla s...

Qarabağa bu gün yenə ermənilər gətirildi – STATİSTİKA

Bu gün Ermənistandan Qarabağa – Xankəndiyə daha 131 erməni gətirilib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bil...

Naxçıvanın bu kəndinin Azərbaycana qaytarılması üçün hazırlıq gedir

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.  Sfera.az ...

Nazirdən Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım - FOTO

"Qarabağın dirçəlişinə dəstək cəmiyyətimizin həyat tərzinə çevrilməlidir”. Sfera.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter...

Xomeyni Trampı PUA ilə vurmaqla təhdid etdi - FOTO

İranın ali dini lideri Əli Xomeyni rəsmi "Twitter" hesabından sabiq ABŞ prezidenti Donald Trampa bənzəyən və qolf oynayan bir şəxsin pilotsuz uçuş aparatı tərəf...