\"Abdullah Öcalan sülh istəyir\" - PKK liderinin qardaşı ETİRAF ETDİ

\
 

PKK terror təşkilatının lideri  Abdullah Öcalanın qardaşı Mehmet Öcalan Qurban Bayramında qardaşı ilə görüşləri barədə danmışıb. 

O görüş zamanı Abdullah Öcalanın barış, sülh çağrışı etdiyini, HDP-yə xalqa xidmət etməsi üçün mesaj göndərdiyini söyləyib: 

"Məsələ insan qanının dökülməsiylə bitmir. Hər zaman barışa varıq”. 

 2016-cı ildən bəri 3 dəfə PKK lideri ilə görüşən Mehmet Öcalan bayramın ikinci günündə son görüşünün təxminən bir saat davam etdiyini söyləyib. 

M.Öcalan təkcə bayramlarda deyil, iki həftədən bir olan ailə görüş haqqının yerinə yetirilməsi lazım olduğunu vurğulayıb. PKK liderinin qardaşı aclıq tətilləri etdikdən sonra qismən haqqlarının tanındığını deyib: 

"Hər görüşə getdiyimiz zaman üzüm qapıya doğru baxardı. Bu dəfə üzümü çevirməmi istədilər. Başqan gəldi, ona doğru çevrilib əl verib salamlaşdım. Mənə "Sizi gözləmirdim, sanki təsadüfən gəlibsiniz kimi gəldi” dedi. Vəkillərin  bizə bayramın ikinci günü görüşə biləcəyimizi söylədiklərini dedim. 

A.Öcalan həmçinin "Kürd probleminin həlli üçün üzərimizə düşən vəzifə yerinə yetirərik” deyib. 

"Pəncə” hərəkatıyla bağlı isə "Hərəkat müharibə deməkdir. Bu məsələ insan qanının tökülməsiylə həll ediləcək bir məsələ deyil. Biz hər zaman sülhə varıq. Hər zaman da döyüşə qarşı olacağıq, döyüşün yerinə sülhün olması lazımdır” deyə bildirib”. 


OXŞAR XƏBƏRLƏR

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...