Abdin Fərzəliyev şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Abdin Fərzəliyev şəhid ailələrini ziyarət etdi - FOTOLAR

 

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İH-nin rəhbər şəxsləri 20 Yanvar şəhid ailələri ilə birgə Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət etmişlər. Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi böyük ehtiramla yad edilmiş, 20 Yanvar şəhidlərinin qəhrəmanlığından söhbət edilmişdir. Həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılmış, xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığını və unutmayacağını bildirmişlər. İstər 20 Yanvar, istər I Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhid ailələrinə hər zaman olan dövlət diqqəti və qayğısının olduğu xüsusilə vurğulanmış, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını, onların həlli istiqamətində mühüm işlər görüldüyünü bildirmişlər. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.


Bütün şəhid ailələrinin və qazilərin hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Azərbaycanınn suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər.


Onu da qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş fəaliyyətində əsas isiqamət olaraq qalacaqdır.

 


OXŞAR XƏBƏRLƏR

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...