No Image
No Image

ABB Miles möhtəşəm yeniliklə gəlir!

ABB Miles möhtəşəm yeniliklə gəlir!
İndi yay tətilini təxirə salmamaq üçün çox ciddi bir səbəbiniz də var. ABB müştərilərə artıq ABB Miles debet kartları ilə yanaşı, ABB Miles kredit kartlarını da təklif edir.
 
MasterCard World və MasterCard Black Edition növündən olan ABB Miles kartlarını buradan onlayn sifariş etmək, yaxud Bankın bütün filial və şöbələrindən almaq olar. Kartların müddəti 3 illikdir. ABB Miles kartları müştərilərə hissə-hissə ödəniş imkanı verir. Bu kartlarla müştəriyə 60 günədək güzəşt imkanı yaradılır.

ABB Miles kartları Bankla tərəfdaş məkanlarda müştəriyə alış-veriş zamanı daha çox mil qazandırır. Kəşbək millər formasında toplanır. Müştəri toplanmış milləri sonra təyyarə biletlərinə və otel rezervasiyalarına dəyişə bilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Miles ilə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. 

Manatla olan ABB Miles kartı hesabındakı vəsait qalığına illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin hesabına köçürülür. 

ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində və şəxsi kabinetdə mil balansını yoxlamaq olur.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İndiyədək 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azə...

Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? - İş adamlarından şikayət

"İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Göm...

TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərin, bu yolda canını fəda edən şəhidlərimizin ailələri daim diqq...

Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra  fəaliyyətinə ABB brend kimliyi ilə davam...

Gözdə Dizdar: ASEAN-la əməkdaşlığı genişlətməyi tövsiyə etdi: "2030-cu ildə ümumi ÜDM-i 6 trilyon dolları keçəcək"

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAP) Prezident müşaviri, Asiya Pasifik Beynəlxalq Mərkəzi Demokratların sədr müavini (CAPDİ) ...

"Sürətli qatarın önündə durmaqdansa, ona minmək lazımdır" - Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib. Sfera.az xəbər verir ki, bu bar...