ABB-dən milli paralimpiya komandasına dəstək!

ABB-dən milli paralimpiya komandasına dəstək!
Ölkəmizdə idmanın inkişafına dəstək verən ABB Tokio Yay Paralimpiya oyunlarında Azərbaycan milli komandasının maliyyə tərəfdaşı kimi çıxış edir.
 
Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında müqavilə imzalanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov idman və paralimpiya hərəkatına dəstəyin Bankın korporativ sosial məsuliyyət strategiyasında xüsusi yer tutduğunu bildirib: "Milli paralimpiya komandamıza maliyyə tərəfdaşlığı ABB-nin sosial məsuliyyətindən və ənənələrindən irəli gəlir. Paralimpiyaçılarımızın əzmkarlığı bir daha göstərir ki, qalibiyyət heç bir məhdudiyyət tanımır. Onların belə yüksək arenada ölkəmizi təmsil etməsi cəmiyyətimizdə idmana marağı daha da artırır, paralimpiya hərəkatını genişləndirir. İdmançılarımızdan parlaq qələbə xəbərləri gözləyirik. Onlara uğurlar arzulayırıq”.

Azərbaycan idmançıları Tokio Yay Paralimpiya Oyunlarında 26 avqust - 4 sentyabr tarixləri arasında mübarizə aparacaqlar. Azərbaycanı bu mötəbər idman tədbirində müxtəlif növlər üzrə 36 idmançı təmsil edəcək.
 
Xatırladaq ki, ABB XXXII Tokio Yay Olimpiya Oyunlarında milli olimpiya komandamızın da maliyyə tərəfdaşıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha 5 müəssisə Rusiyaya alma ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycanın daha 5 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib. ...

Nəqliyyat və rabitə sektorundakı çöküşün səbəbləri – “Heç kim riskli kapital qoyuluşuna getmir”

"Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu həcminin azalması biznes aktivliyinin aşağı düşməsindən qaynaqlanır”.   Bu sözləri Sfera.az-a açıql...

Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir

Banka getmədən, istədiyiniz yerdə, cəmi 0,5% komissiya ilə və bir neçə saniyə ərzindəRusiyaya pul köçürmək mümkündür. Bu imkanı "Contact” pulköçürmə sistemi və ...

Pambığın qiyməti geyimlərin bahalaşmasına səbəb olur

Dünyada pambığın qiymətinin son illərin ən yüksək səviyyəsinə yüksəlməsi pambıqdan hazırlanan parçaların və geyim əşyalarının bahalaşmasına səbəb olur.  ...

Qlobal enerji böhranı bu məhsulları bahalaşdırdı – Azərbaycan üçün qazanc fürsəti

"Avropada müşahidə edilən enerji böhranı neft də daxil olmaqla, digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub. Mavi qazın qiymətində müş...

Abbas İbrahimov: “ABB daha da güclənəcək”

Sədr: Azərbaycan İnvestisiya Holdinqi yeni mərhələdə Bankın müasir, faydalı və universal bank kimi qarşıya qoyduğu hədəflərə çatmasına dəstək verəcək. "Az...