\"Ağ qızıl kimi\" tanınır – 5 min dollara satılır – \"İyrənc yeməklər möcüzəsi\"

\

ABŞ-ın Los Anceles şəhərində açılan "İyrənc yeməklər möcüzəsi” ziyarətçilərini şoka salıb. Sərgidə qurd basmış pendir və balık yumurtalıqlarından hazırlanmış suşi kimi "iyrənc” olaraq ifadə edilən ləzzətlər var. Hətta muzeyə girərkən ziyarətçilərə qaytarmaq üçün pulsuz qusma torbası belə verilir.

Sfera.az "iyrənc” sərgidə sərgilənən ləzzətləri təqdim edir:

 

1 – Pişik nəcisindən istehsal olunan dünyanın ən bahalı qəhvəsi



"Kopi Luwak” dünyanın ən bahalı və ən az istehsal olunan qəhvəsi olaraq tanınır. İndoneziyanın Sumatra adasında yaşayan misk pişikləri (Paradoxurus) qəhvə ağaclarında olan qəhvənin qumlarını bütöv udurlar. Toxumlar heyvanın mədəsindəki fermentlər vasitəsiylə fermentasiya edir və nəcis yolu ilə çölə çıxarılır. Bu nəcisin içərisindən isə heyvanın udduğu qəhvə toxumları toplanır. Yığılmış toxumlar dezinfeksiya edildikdən sonra qızardılır. Daha sonra bişirilməyə hazır şəkildə paketlənir. Kilosu 350-500 dollar olan qəhvənin bu növü Sumatra, Cava və Balidə istehsal edilir.


 

2 – Qızardılmış quzu yumurtası

AŞB-da quzunun yumurtalıqları qızardılır.


3 – Daşəmən balığının böyrəyi

Daşəmən adı verilən qorxunc balıqlar yapışdıqları balıqların qanını əmərək öldürür.

 

4 – Ağcaqanad sürfələri ilə dolu olan pendir

İçərisində canlı böcək sürfələri (ağcaqanad) olan məşhur İtaliya Sardinyaya məxsus olan Casu Marzu qoyun pendiri...


5 – Üç penisin likörü

Adıçəkilən likör suiti, maral və Çin itinin sidiyindən hazırlanır. Bu xüsusi içkidir, çünki Çində heyvan sidiyinin kişilərdə cinsi gücü artırdığına inanılır.

 

6 – Balıq spermasından şorba: Shirako

Shirako yapon dilində "ağ uşaq” mənasını verir. Kremli və yumuşaq dad verdiyi üçün yaponların ən çox sevdiyi şorba olan bu yemək balığın spermasından hazırlanır.

 

7 – Yül ilin yumurtası

Adı "yüz ilin yumurtası” olsa da, yumurtalar yüz illik deyil. Çin mətbəxinə aid olan bu yeməkdə yumurta palçığa bənzəyən bir maddəyə batırılır, daha sonra basdırılaraq bir neçə ay torpağın altında saxlanılır. Yerin altından çıxarıldıqdan sonra gözəl qorunmuş şəkildə olurlar. Yumurtalar pendir dadını xatırladan bir qoxuya malik olurlar.

 

7 – Pomidorlu qoyun gözü

Monqolustan mətbəxinə aid olan bu yemək pomidor suyuna qoyun gözü atmaqla hazırlanır.

 

8 – Qoyun qarnından hazırlanan Menudo

Meksikaya aid bu yemək quzu və ya dana qarnından hazırlanır.

 

9 – İlbiz yeməyi

Digər adı "Escargot” adlanan ilbiz yeməyi dünyada ən çox Fransada yeyilir. İldə 40 min ton ilbiz yeyən fransızlar bu məhsulu dondurulmuş və ya konserva şəklində alırlar.

 

10 – Quş yuvası şorbası

Bu şorba mağarada yaşayan ebabil quşunun qatılaşmış tüpürcəyindən qurduğu yuvadan hazırlanır. Çin mətbəxinin əvəzolunmaz yeməyi sayılan quş yuvası suda həll olunduğu zaman jelatinə çevrilir. "Ağ qızıl” olaraq adlandırılan bu şorbanın qiyməti 5 min dollara qədər olur.

 

Sfera.az

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...